Xərçəngin müalicəsi üçün ən sadə pəhriz: Moerman

Xərçəngin müalicəsi üçün ən sadə pəhriz: Moerman
SAĞLAMLIQ
23:11 07.07.2019
5520
Ən qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir.

Dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub. Lakin tibb elminin həmin üsulu qəbul etməsi heç də asan başa gəlməyib. Həkimlər niderlandlı təbibin pəhriz üsulunu təpki ilə qarşılayır və səbəb kimi sistemin sadə olduğunu arqument göstərirdilər. Pəhriz rahat tapılan və hər kəsin əldə edə biləcəyi ərzaqlardan ibarətdir. Hətta Moerman pəhrizi həkimlərin ümidsiz yanaşdığı və yaxud müalicəsindən imtina etdiyi ən çarəsiz onkoloji xəstələrin də sağalmasına kömək edib. 1987-ci ildə Niderlandın səhiyyə nazirliyi Moermanın pəhriz metodunu təsdiq edib. Xərçəng əleyhinə yönələn həmin pəhrizi ikiqat Nobel mükafatçısı L. Pollinq də dəstəklədiyini bildirib.

Moerman pəhrizi nəticəsində xəstənin immun sistemi güclənir, həmçinin çoxlu miqdarda təbii ərzaqların davamlı şəkildə qəbulu maddələr mübadiləsini qaydaya salır.

Dünya səviyyəsində həkim və xəstələrin rəğbətini qazanmış Moerman metodunun əsasını çiy və buxarda hazırlanmış tərəvəzlər- yaşıl noxud, kartof, çəfəri, rəvənd, kələm (hətta turşuya qoyulmuşu da), meyvələr- portağal, limon, alma, kök, çuğundur, onlardan çəkilmiş təbii şirələr, kəpəkli undan hazırlanan çörək, təmizlənməmiş düyü, buğda kəpəyi, yulaf və arpa yarmaları, qarğıdalı və buğda lopaları, yumurta sarısı, bal, bitki çayları, soyuq sıxma üsulu ilə alınmış zeytun yağı və dəniz duzundan istifadə təşkil edir. Ağ çörək, makaron, şirniyyat, biskvit, pirojna və kekslər, ət və toyuq, onların bulyonları, rafinə edilmiş qənd, balıq və molyusklar, süd məhsulları, yumurtanın ağı, göbələk və göbələk bulyonu, rafinə olunmuş bitki yağı, konservant və rənglər, xörək duzu, spirtli içki, tünd çay və qəhvə qəbul edilməsi məsləhət görülmür
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova