Xərçənglə mübarizə aparan məşhur sənətçi son durumunu paylaşdı - FOTO

Xərçənglə mübarizə aparan məşhur sənətçi son durumunu paylaşdı - FOTO
DÜNYA
13:07 08.07.2022
808
Xərçənglə mübarizə aparan məşhur sənətçi Özkan Uğur son vəziyyətini paylaşıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir xərçənglə mübarizə aparan məşhur sənətçi Özkan Uğurdan şad xəbər gəlib.

Türkiyədə milyonlarla pərəstişkarı olan MFÖ qrupunun solistlərindən biri, sevilən sənətçi Özkan Uğur sosial şəbəkə hesabında immunoterapiya müalicəsinin müsbət irəlilədiyini və avqust ayından etibarən MFÖ olaraq fəaliyyətlərini davam etdirəcəklərini açıqlayıb.

Uğur paylaşımında bu sözləri paylaşıb: 

"İmmunoterapiya müalicəmin nəticələri müsbət istiqamətdə irəliləyir. Şükürlər olsun ki, müalicəm zamanı səhnəyə çıxmağıma mane olmayacaq. MFÖ olaraq avqust ayında İstanbulda konsertlərimizə başlayacağıq. Dualarınız və xoş arzularınız üçün çox sağ olun. Tezliklə görüşərik. Hər kəsə xoş bayramlar arzulayıram”.

Uğurun paylaşımına qısa zamanda çoxlu şərhlər gəlib. Pərəstişkarları məşhur sənətçi üçün çox darıxdıqlarını bildirib.
 
Ayşən
 

 


OXŞAR XƏBƏRLƏR