Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız - SİYAHI

Xərçənglə mübarizədə qalib gələn və məğlub olan tanınmışlarımız - SİYAHI
SAĞLAMLIQ
16:54 15.04.2017
2401
İstər dünya, istərsə də yerli sənət adamlarının həyatına, yaradıcılığına son qoyan xəstəliklərdən biri, ən dəhşətlisi xərçəngdir. Əsrin bəlası olan bu xəstəliyə qurban gedən məşhurlarla yanaşı, onunla mübarizə aparan və bu bəlaya qalib gələn məşhurlar da az deyil.

Bu xəstəlikdən dünyasını dəyişən, mübarizə aparan və qalib gələn məşhurların siyahısını təqdim edir:

Xalq artisti, görkəmli muğam ifaçısı Ağaxan Abdullayev uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Bir neçə dəfə əməliyyat edilsə də, 2016-cı il dekabrın 25-də 66 yaşında vəfat edib. 

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib. 

Xalq artisti, Rus Dram Teatrının aktrisası Nataliya Tağıyeva xərçəngdən əziyyət çəkib. Bir neçə dəfə müalicələr alan aktrisa 2005-ci ildə 51 yaşında dünyasını dəyişib.

Xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu da xərçəngdən əziyyət çəkən və bu xəstəliyə məğlub olan məşhurlar sırasındadır. Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 75 yaşında dünyasını dəyişib. 

Səməd Vurğun ailəsinin digər üzvü, Vaqif Səmədoğlunun böyük qardaşı Yusif Səmədoğlu da xərçəng xəstəliyindən əziyyət çəkib. 1998-ci il avqustun 17-də 62 yaşında vəfat edib. 

Azərbaycanın əməkdar artisti, Musiqili Teatrın aktrisası Xanım Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında vəfat edib. 

Tanınmış rejissor Şahin Zəkizadə də xərçəng (qan xərçəngi-leykoz) xəstəliyindən vəfat edən məşhurlardandır.

Əməkdar artisti, tanınmış aktyor Firuz Xudaverdiyev də xərçəng xəstəliyindən vəfat edib. Firuz Xudaverdiyev Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. F.Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, "Pəncərədə işıq”, "Biz qayıdacağıq”, "Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.

Həmçinin əməkdar artist Hamlet Qurbanov, Tələt Rəhmanov, "Bir cənub şəhərində” filmində oynadığı Həsən rolu ilə uğur qazanan Məcid Dadaşov, aktrisa Vəfa Fətullayeva, Şahmar Ələkbərov, Əlibala Əsgərov, rejissor Fikrət Əliyev, xalq artisti, görkəmli xanəndə, Akademik Opera və Balet Teatrının solisti Rübabə Muradova da xərçəng xəstəliyindən əziyyət çəkənlər sırasındadır. 

Xəstəliyə qalib gələn məşhurlar xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Şükufə Yusubovanın da bu xəstəliyindən əziyyət çəkdiyi deylir. Bu barədə mətbuatda az xəbərlər yayılsa da, xalq artistinin bir neçə il əvvəl ağır əməliyyat edildiyi məlumdur.

Xalq artisti, Azərbaycanın görkəmli opera müğənnisi, "Şöhrət" və "Şərəf" ordenli Xuraman Qasımovanın da, uzun illər əvvəl süd vəzisi xərçəngindən əziyyət çəkdiyi deyilib. 

Həmçinin əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva da xərçəngdən əziyyət çəkdiyi və bu xəstəliyə qalib gəlib.

Xalq artisti, tanınmış televiziya diktoru Rafiq Hüseynov 2013-cü ildən ağciyər xərçəngindən əziyyət çəkir. Türkiyədə əməliyyat edilən Rafiq Hüseynovun ağciyərinin üzərində şiş götürülüb. Hazırda ciddi müalicə alan Rafiq Hüseynov özünü normal hiss edir.
/// big.az-
Əməkdar artist, sevilən aktrisa Kübrabəyim Əliyeva uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkir. Ağır əməliyyatlar keçirən Kübra Əliyevanın müalicələri hazırda da, davam etməkdədir.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova süd vəzisi xərçəngindən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat edilən Hicran Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir. 

Əməkdar artist Coşqun Rəhimov da neçə illərdir qalxanabənzər vəzinin xərçəng ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva da müsahibələrinin birində onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi. Aşıq Samirənin sözlərinə görə, o, 7-8 il öncə həkimlərin səyi nəticəsində xərçəngə qalib gəlib.

Tanınmış aparıcı, bir sıra xeyriyyə işlərinin təşkilatçısıs Hacı Nuran (Hüseynov) bir neçə ildir ki, limfaqranulematoz xəstəliyi ilə (ağciyər xərçəng) ilə mübarizə aparır. 

Aktrisa-aparıcı Zümrüd Qasımova da xərçəng xəstəliyə qalib gəlməyi bacarıb. 2010-cı ildən bəri döş xərçəngi ilə mübarizə aparan Zümrüd Qasımova bu xəstəliyin ailəsində irsi olduğunu bildirib. 17 ildir ki, amansız xərçənglə mübarizə aparan aparıcının vəziyyəti hazırda yaxşıdır.

Əməkdar artist Kəmalə Müzəffər də xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır. Onun sifətində bazalioma (ən çox yayılan dəri xərçəngi-red) aşkarlanıb. Əməliyyat keçirən aktrisa, mütəmadi olaraq həkim müayinə və nəzarətindən keçir.

Qeyd edək ki, xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım