Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VIDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VIDEO
SOSİAL
22:52 02.04.2026
952
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır.

AZXEBER.COM xəbər verir ki, sürücülər də yaranan vəziyyətdən şikayətçidir.
"Bərbad vəziyyətdədir. Avtoqəzaların hamısı yolun vəziyyətinin nəticəsidir”, - sürücü bildirib.

Yararsız hala düşdükdən sonra yolun bəzi hissələrinə əlavə üzlük çəkilib. Bu səbəbdən də nəqliyyat vasitələri, demək olar ki, magistralın sağ hissəsindən istifadə etmirlər.

Xatırladaq ki, son günlər Masazırda Zəngilan şəhərciyi istiqamətində çəkilən asfaltın və Qaradağ rayonu Umbakı qəsəbəsindəki körpünün uçması da yol örtüyünün hansı keyfiyyətlə çəkilməsini sual altında qoyub.

OXŞAR XƏBƏRLƏR