"Xerson şəhəri uğrunda döyüşlər başlayıb" - Ukrayna rəsmisi

"Xerson şəhəri uğrunda döyüşlər başlayıb" - Ukrayna rəsmisi
DÜNYA
17:45 29.08.2022
294

Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç Xerson şəhəri uğrunda döyüşlərin başladığını elan edib.

"Report” xəbər verir ki, bu barədə vilayət rəsmisi teleqramda yazıb.

"Rəsmi: Xerson şəhəri uğrunda döyüşlər başlayıb”, - o qeyd edib.

Xatırladaq ki, daha öncə Ukrayna hərbçiləri Xerson istiqamətində işğalçıların birinci müdafiə xəttini yardıqlarını, eyni zamanda ölkənin cənubunda bir neçə istiqamətdə hücuma keçdiklərini açıqlamışdılar.

OXŞAR XƏBƏRLƏR