Ukrayna ordusu Xersonda bazanı vurdu: Rusiya generalı öldürüldü

Ukrayna ordusu Xersonda bazanı vurdu: Rusiya generalı öldürüldü
DÜNYA
20:01 12.07.2022
413
Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində hərbi bazaya zərbə endirib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Odessa vilayət hərbi administrasiyasının spikeri Sergey Bratçuk açıqlayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində 150 rusiyalı hərbçi, o cümlədən bir general və beş zabit zərərsizləşdirilib. 

Məlumata görə, Ukrayna ordusu bazaya "HIMARS” sistemləri ilə atəş açıb.
OXŞAR XƏBƏRLƏR