Xəstə ayağı qoyub sağlamı kəsən SƏHİYYƏmiz - "Sığorta bir əməliyyata görə elə get-gələ salır ki..."

SOSİAL
16:13 30.08.2023
2446
Azərbaycanda səhiyyə sisteminin fəaliyyəti ilə bağlı mütəmadi olaraq vətəndaşların narazılıqlarına şahid oluruq. Zaman-zaman müxtəlif tribunalardan səhiyyə qiymətləri ilə bağlı mövzular müzakirə edilir, dərman qiymətləri, onların keyfiyyətləri tənqid edilir. 

Hətta tez-tez Milli Məclisdə də bu mövzu müzakirələrə səbəb olur. Səhiyyə xidməti sahəsindəki nazarlıqların başında müxtəlif səhiyyə xidmətlərinin daha baha ödənişlərlə həyata keçirilməsidir. Məsələn, öncələr pulsuz olan tibbi arayışların alınmasının rüsumu 41 manat olaraq müəyyən edilib. Bu qiymətin tədbiq edilməsi vətəndaşların haqlı narazılığına səbəb olur. 

Digər bir şikayət istiqaməti isə, tibbi sığorta xidmətində vətəndaşların qarşılaşdıqları çətinliklərdir. Zaman-zaman mətbuatda, sosial şəbəkələrdə bu mövzu ilə bağlı vətəndaş şikayətlərinin artdığını görmək mümkündür. 

Bəs ümumilikdə Azərbaycanda səhiyyə sahəsindəki xidmətlər, tibbi sığortayla bağlı problemlər niyə həllini tapmır?

AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Razi Nurullayev düşünür ki, Azərbaycanda İcbari Tibbi Sığortanın fəaliyyətindən öncə tibb sahəsində vəziyyət daha ağır idi:
 


"Səhiyyənin adı pulsuz olsa da, pullu xidmət göstərilirdi. İcbari Tibbi Sığortadan sonra təbii ki, tibbi əlçatanlıq bir xeyli artıb. Bir çox insanlar sığorta ilə ürək əməliyyatlarını belə etdirə bilirlər.  Amma sığorta hamını razı salır, bizi qaneə edir deyə bilmərik. Bu gün İcbari Tibbi Sığortaya ayrılan vəsaitin miqdarı 1.8 milyard manatdır. Ancaq bir çox müalicəsi davam edən xəstəliklərin davamlı müalicəsi, dərmanların alınması üçün 5 milyard manat vəsait lazımdır. Hazırda bu rəqəm 2 milyarda yaxındır. Ümumilikdə 3 milyard lazımdır ki, Azərbaycan əhalisinin tibbi  xidmətə olan əlçatanlığını həll etmək mümkün olsun”.

Razi Nurullayev hesab edir ki, bu sahədə elə problemlər var ki, onlar insan, idarəçilik faktoruna dayanan məsələlərdir:

"İnsanların uzun müddət növbədə dayanması, lazımsız olaraq onlardan bəzi sənədlərin istənilməsi, get-gələ salınmaları kimi problemlər süni şəkildə yaradılır. Bu cür süni problemlər qəbuledilməzdir”.

Deputat vurğulayıb ki, Səhiyyə Nazirliyinin rəhbərliyi ümumilikdə ölkədəki səhiyyə problemləri ilə bağlı məsələlərdə daha açıqsözlü olmalıdır:

"Səhiyyə Nazirliyi ümumilikdə ölkədə səhiyyə siyasətini həyata keçirən bir orqandır. Mən istərdim ki, nazirlik daha açıqsözlü olsun, bir çox problemləri dilə gətirsin. Onları  ictimailəşdirib, cənab Prezidentin, hökumətin nəzərinə çatdırsın. Belə olarsa, bu problemlər tez həll olunar. Bu gün təəssüflər olsun ki, bir çox nazirlər obyektiv və subyektiv səbəblərdən problemləri görürlər, ancaq onu həll edə bilmirlər. Ona görə də hökümət səviyyəsində nazirliklərə problemləri qabardıb, həllinə nail olmaq üçün müəyyən sərbəstlik verilməlidir. Mən bilirəm ki, Səhiyyə Nazirliyi problemlərin haralarda olduğunu zərrəsinə qədər bilir”.

İqtisadçı Akif Nəsirli düşünür ki, ildən-ilə Azərbaycanda sığorta sisteminin tətbiqində irəliləyişlər olsa da, hələ ki xidmətlər vətəndaşları məmnun edəcək səviyyədə deyil:

"Azərbaycanda tibbi sığortanın tətbiqinə başlayanda məmnun olduq. Çünki yüksək səviyyədə xidmət göstərilməsini gözləyirdik. Əlbəttə ki, birdən-birə Avropa, Amerika səviyyəsində ola bilməz. İldən-ilə Azərbaycanda sığorta sistemini tətbiqində irəliləyişlər müşahidə olunur. Ancaq məsələ burasındadır ki, vətəndaşları məmnun edən səviyyəyə gəlib çatmayıb. Ümumən demək olar ki, Azərbaycan səhiyyəsi hazırda idarəetmə axtarışındadır”.

İqtisaçdı-ekspert səhiyyə sistemində şəffaflığın olmamasının tibbi sığorta sisteminin də inkişaf  etməsinə, oturuşmasına maneə olduğunu deyib:

"Sığorta sisteminin maliyyə mənbələri, dövlət büdcəsindən tibbi sığortaya ayrılan vəsaitlərin həcminə baxsaq, görərik ki, bu səhiyyəyə ayrılan vəsaitin 30 faizə qədəridir. Sığorta sistemi inkişaf edən ölkələrdə səhiyyə sisteminə ayrılan vəsaitin 70-80 faizini əhatə edir. Avropa ölkələrində bir nəfərin sığortalanması üçün il ərzində 60-70 min avro vəsait ayrılır. Bu bir nəfərin xidmət alması üçün böyük göstəricidir. Bu vəsait vətəndaşın cibindən çıxmır. Sığorta sisteminin ona tətbiq etdiyi xidmətin dəyəridir. Biz isə bu məbləğin 5000 manat olmasına  çalışırıq. Bu baxımdan deyirəm ki, sığorta sistemi tam işləyə bilmir”. 

Akif Nəsirli sağlamlıq arayışının ödənişli olmasına da münasibət bildirib:

"Sağlamlıq haqqında arayış verilməsində pul almaq, sığorta sistemi ilə tərs mütənasiblik daşıyır. Absurd yanaşmadır, bir-birini inkar edir. Sığorta hesabına yoxlama getməli, vətəndaşa pulsuz olaraq arayış verilməlidir. Bu planlaşdırılmayan tibbi yoxlamadır. Azərbaycanda sığorta sistemini tətbiq edən mütəxəssislər bunu başa düşür. Ancaq şəxsi maraqlar buna maneə olur”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb