"TikTok"da etdiyi çılğınlıq 4 tibb bacısının işdən çıxarılmasına səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xəstə və yaxınları haqqında təhqiramiz ifadələr işlədən və bu anları "TikTok"da paylaşan tibb bacıları müzakirələrə səbəb olub.
Bir tibb bacısı videoda "Sizə bir şey olarsa, çarpayının başındakı işıq düyməsini basın" deyib. Tibb bacılarından biri isə "Amma sənin axmaq qohumların hər beş dəqiqədən bir tibb bacısının otağına gəlib başqa şeylər istəyirlər” ifadələrini işlədib.
Başqa bir tibb bacısı yeni doğulan körpəsinin çəkisini öyrənmək istəyən ananı təqlid edib. Təxminən bir dəqiqə davam edən video "TikTok"da müzakirələrə səbəb olub.
Bəzi istifadəçilərin videonu xəstəxana rəhbərliyi ilə paylaşmasından sonra tibb bacılarına qarşı araşdırma başladılıb. Xəstəxana öz açıqlamasında tibb bacılarının işdən çıxarıldığını, bütün xəstələrdən və onların yaxınlarından üzr istədiyini bildirib.
Aydın