Türkiyədə aptek sahibi Burcu Şirin və onun bacısı aptekdə olmayan dərmana görə xəstə yaxınlarının hücumuna məruz qalıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, dərman almaq istəyən şəxslər dərmanın aptekdə olmaması üçün aptek sahibinə hücum ediblər.
Reseptdəki dərmanın biri aptekdə olmadığı üçün aptek işçiləri xəstənin qohumunu başqa aptekə yönləndiriblər. Aptekdən çıxan xəstə yaxınları bir müddət sonra geri qayıdaraq əczaçı Burcu Şirin və bacısının boğazını sıxaraq onlara hücum ediblər.
Hadisədən sonra əczaçı Burcu Şirin və bacısı təcavüzkardan şikayət edib.
Aydın