Xəstələri və həkimləri zorlayan məşhur teleaparıcı- FOTO

DÜNYA
00:24 28.06.2014
2874

Böyük Britaniyada “BBC”nin 2011-ci ildə dünyasını dəyişmiş aparıcısı, xeyriyyəçi, ser Cimmi Sevilə qarşı qaldırılmış cinayət işinin yeni detalları məlum olub. 

AZXEBER.COM ANS-ə istinadən xəbər verir ki, jurnalisti çoxu klinika əməkdaşları və pasientləri olan çox sayda insana qarşı cinsi zorakılıqda günahlandırılır. 

Onun qurbanlarından biri 16 yaşlı qızdır. Jurnalist Lids şəhərində onu zorladıqdan sonra qız hamilə qalıb. Cimmi Sevil qızı öyrədib ki, intihar edəcəyini desin ki, ailə həkimi ona uşağı abort etdirməyə icazə versin. 

Pedofil aparıcı 50 il Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edib və xeyriyyəçilikdən özünə yeni qurbanlar seçmək üçün istifadə edib. Onun 28 xəstəxanada yaşı 5-dən 75-ə kimi dəyişən 103 nəfərə qarşı seksual cinayət törətdiyi bildirilir.

Zərər çəkmişlərin çoxu az yaşlı oğlanlar və qızlar olub. 19 nəfər qurban isə xəstəxanada işləyib. Cimmi Sevil onların bəzilərinə qarşı cinsi təcavüz hərəkətləri edib, üç qadını isə zorlayıb. O, cinayətlərini xəstəxana dəhlizlərində və həkim kabinetlərində həyata keçirib.

OXŞAR XƏBƏRLƏR