"Xəstəlik məni 10 kiloqram arıqlatdı" - Hacı Nuran

"Xəstəlik məni 10 kiloqram arıqlatdı" - Hacı Nuran
MAQAZİN
11:11 05.09.2018
2375
Aparıcı Hacı Nuran Hüseynov tədbirlərin birində fotokameramıza tuş gəlib.

AZXEBER.COM xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı Həcc ziyarətindən danışıb. O bildirib ki, ziyarəti rahat keçib və işinin başına qayıdıb. 

Hacı Nuran yeni mövsümdə "Həyat" verilişinin davam edəcəyini deyib:

"Veriliş elə bir formatdadır ki, orada böyük dəyişikliklər edə bilmərəm. Ona görə də olduğu kimi davam edəcək. yenə də yardıma ehtiyacı olanlara kömək etməyə çalışacağıq".

Aparıcı xəstəliyindən də bəhs edib:

"Müalicə alıram. Ayda bir dəfə gedib yoxlanmalıyam. Bu xəstəlik məni 10 kiloqram arıqlatdı".
OXŞAR XƏBƏRLƏR