Türkiyədə xəstəxanaya aparılan xəstənin mədəsindən 15 ədəd müxtəlif əşya çıxarılıb.
AZXEBER.COM-un ANS Press-ə istinadən verdiyi xəbərə görə, hadisə Kütahya vilayətində baş verib.
Məlumata görə, rentgen filmi ilə yad cismlər olduğu aşkarlanan xəstənin mədəsindən əməliyyatla 1 bıçaq, 2 çay qaşığı, 4 ədəd dondurma çubuğu, 4 ədəd ağac budağı, 1 ədəd plastik şüşə qapağı, 1 ədəd şirə qamışı, 1 ədəd karandaş və 1 ədəd diyircəkli qələm çıxarılıb.
Təəccübünü gizlətməyən həkim ilk dəfə belə bir mənzərə ilə qarşılaşdığını deyib.
Xəstənin isə psixi vəziyyətinin normal olmadığı bildirilib
