Xəstəxana və tibbi avadanlıq var - Amma həkim yoxdur - VİDEO

Xəstəxana və tibbi avadanlıq var - Amma həkim yoxdur - VİDEO
SOSİAL
11:03 13.02.2022
319
Tərtər rayon Mərkəzi Xəstəxanasında həkim çatışmır. Tibb ocağında həkim çatışmazlığı yaşandığından insanlar digər rayon və şəhərlərə getməli olurlar. Bu da yerli sakinlər üçün vaxt itkisi və əlavə xərc deməkdir.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, 121 çarpayılıq Tərtər Mərkəzi Rayon Xəstəxanası 2012-ci ildə əsaslı təmir olunduqdan və müasir tibbi avadanlıqlarla təchiz edildikdən sonra istifadəyə verilib.

Buna baxmayaraq, ağır yaralıları burada əməliyyat etmək mümkün deyil. Səbəb isə ixtisaslı həkim çatışmazlığıdır.

Rayon sakinləri "Xəbər Xəbər"ə deyiblər ki, mərkəzi xəstəxanada yalnız ilkin tibbi yardım göstərilir və sonra xəstə Bərdə xəstəxanasına getməyə məcbur qalır. Bu da onlara əlavə vaxt itkisinə və xərclərə başa gəlir.

Bərdə rayon mərkəzi xəstəxanasından isə bildirildi ki, onlara müraciət edənlərin sayı ildən ilə artır. Buna səbəb qonşu rayonlarda yaşanan həkim çatışmazlığıdır.

Tərtər rayon mərkəzi xəstəxanasından aldığımız məlumata görə, hazırda rayon xəstəxanasında 30 vakant yer var. Xəstəxana üçün ən vacib həkimlər isə cərrah, travmatoloq və anestezioloqdur. Xəstəxananın direktor əvəzi və baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva bildirdi ki, lazım olan ixtisaslar üzrə həkimlərin rayon mərkəzi xəstəxanasına cəlb edilməsi üçün işlər aparılır. Bununla bağlı aidiyyəti üzrə dövlət orqanlarına və Tibb Universitetinə müraciət edilib.
 

OXŞAR XƏBƏRLƏR