Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO

Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
SOSİAL
21:55 21.08.2026
163
Sumqayıtın 1 saylı xəstəxanasının poliklinika şöbəsində uzun növbələr yaranıb, xəstələrin qəbulu isə dayandırılıb.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, poliklinikada xəstələrin qəbulu zamanı ciddi sıxlıq yaranır.

Həkim çatışmazlığı və uzun növbələr səbəbindən vətəndaşların bir qismi saatlarla gözləməli olur, bəziləri isə həkim qəbuluna düşə bilmədən geri qayıdır.

Sakinlər deyirlər ki, Sumqayıt üzrə yalnız bir psixiatr həkim fəaliyyət göstərir, bu isə kifayət etmir. Nəticədə uzun növbələr yaranır, qəbul prosesi gecikir.

Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər”ə bildirildi ki, mövcud vəziyyət araşdırılır və vətəndaşların qəbulunun daha səmərəli təşkili istiqamətində tədbir görülür. Vətəndaşlar problemin tezliklə həll olunacağına ümid edirlər.

OXŞAR XƏBƏRLƏR