Xəstəxanada növbəyə düşə bilməyən şəxs silaha əl atdı: Tüfənglə havaya atəş açdı

Xəstəxanada növbəyə düşə bilməyən şəxs silaha əl atdı: Tüfənglə havaya atəş açdı
DÜNYA
12:03 15.03.2023
660
İzmirin Bayraklı bölgəsində yerləşən Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasından randevu ala bilmədiyini iddia edən gənc əlindəki ov tüfəngi ilə atəş açıb.
 
AZXEBER.COM xəbər verir ki, hadisə yerinə Xüsusi Əməliyyat qrupları göndərilib və uzun səylər nəticəsində şəxs tüfəngi yerə qoyub və qruplara təslim olub.

Hadisə səhər saat 05:30 radələrində Manavkuyu ​​məhəlləsində İbrahim Hakkı küçəsində baş verib. Əlindəki ov tüfəngi ilə təsadüfi atəş açan şəxsi görən vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
 
Xəbərdən sonra ünvana gələn polis qrupları, zərərverən şəxsi sakitləşdirməyə çalışıblar.
 
Polis maşınına mindirilən M.K. polis bölməsinə aparılarkən, Hadisə Yeri Araşdırma qrupları tüfəng və patronlara da baxış keçirib.
 
Ölən və yaralananların olmadığı hadisə ilə bağlı istintaq başladılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR