Xəstəxanada pasientə resept yazılmadığına görə ortalığı qarışdırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bursanın Gemlik rayonunda dərman yazmaq üçün xəstəxanaya gələn və yeni resept yazılmayınca reaksiya verən Tamer Ali Sarı biri qadın olmaqla 2 mühafizəçiyə hücum edərək döyüb.
Hadisə dünən səhər saat 10:00 radələrində Gəmlik Dövlət Xəstəxanasında baş verib.
Psixiatriya klinikasına dərman yazdırmaq üçün gələn Tamer Ali Sarı resepti yazılmayanda dəhlizdə yüksək səslə danışaraq reaksiya verib. Təhlükəsizlik işçiləri Zəfər Atıl və Özlem Özer ona xəbərdarlıq edib. Həmin anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb. Kadrlarda xəstəxana dəhlizində cib telefonu ilə danışan Sarıya mühafizəçi Zəfər Atıl tərəfindən xəbərdarlıq edildiyi görünüb. Yüksək səslə danışdığı üçün xəbərdarlıq edilən Sarı daha sonra mühafizəçiyə yumruq vurub. Digər mühafizəçi Özlem Özer onun qarşısını almağa çalışarkən, o, zərbəyə məruz qalıb. Xəstəxana işçiləri və xəstələrin müdaxiləsi ilə təhlükəsizlik işçiləri pasientin əlindən xilas edilib.
Ayşən