Xəstəxanaya hücumdan 20 saat əvvəl çəkilmiş görüntülər yayımlandı – FOTO

Xəstəxanaya hücumdan 20 saat əvvəl çəkilmiş görüntülər yayımlandı – FOTO
DÜNYA
12:05 18.10.2023
236
Qəzzada xəstəxana hücumundan sarsıdıcı görüntülər gəlməyə davam edir.

AZXEBER.COM xəbər verir ki, sosial mediada paylaşılan və hücumdan 20 saat əvvəl çəkildiyi bildirilən görüntülərdə xəstəxananın uşaq və qadınlar üçün sığınacaq olduğu görünür. 

Qəzzada Əl-Ehli Baptist Xəstəxanasına edilən qanlı hücumda yüzlərlə insan həyatını itirərkən, beynəlxalq ictimaiyyətdən reaksiyalar davam edir.

Qanlı hücumdan 20 saat əvvəl qeydə alınan görüntülərdə xəstəxananın bölgədə yaşayan ailələr, uşaqlar və qadınlar üçün sığınacaq kimi istifadə olunduğu bildirilib. 
 
Görüntülərdə xəstəxananın bağçasında uşaqların yerdən zibil yığaraq rəqs edib mahnı oxuduğu və birlikdə əyləndiyi görünür. Son hesablamalara görə, İsrailin məsuliyyəti üzərinə götürmədiyi hücumda ən azı 500 nəfər həyatını itirib.

Ayşən

 

 

OXŞAR XƏBƏRLƏR