Bir müddət öncə xəstəxanaya yerləşdirilən türkiyəli müğənni Hakan Taşıyanın səhhəti açıqlanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, pərəstişkarlarına xoş xəbər verib.
Bir müddətdir müalicə alan sənətçi pərəstişkarlarına müraciət edərək səhhətinin yaxşılaşdığını bildirib:
"Yaxşıyam, Allaha şükür. Bir neçə gün sonra xəstəxanadan evə buraxılacağam".
Xatırladaq ki, sənətçi bir neçə müddət öncə infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, Rəcəb Tayyib Ərdoğan onun müalicəsi üçün mümkün olan hər bir şeyin edilməsi ilə bağlı göstəriş vermişdi.
Aysel










































