Xəstəxanaya yerləşdirilən Papa Fransisk bu gün əməliyyat olunacaq

Xəstəxanaya yerləşdirilən Papa Fransisk bu gün əməliyyat olunacaq
DÜNYA
15:22 07.06.2023
140
Nəzarət üçün xəstəxanaya yerləşdirildiyi açıqlanan Roma Papası Fransiskin bu gün əməliyyat olunacağı açıqlanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Papanın bir neçə gün xəstəxanada müalicə olunacağı bildirilir.

Açıqlamaya görə, son vaxtlar səhhətində problemlər yaranan Papa Romadakı Gemelli xəstəxanasına aparılıb və bu gün qarın nahiyəsindən əməliyyat olunacaq.
 
Qeyd olunub ki, 86 yaşlı Papa Fransisk əməliyyat olunmağa qərar verib və Papa bir neçə gün xəstəxanada müalicə alacaq.
 
Xatırladaq ki, Papa Fransisk martın 29-da nəfəs darlığı şikayəti ilə Gemelli Xəstəxanasına aparılıb. Burada tənəffüs yoluxucu infeksiyadan müalicə alan Papa aprelin 1-də evə buraxılıb.
 
2013-cü ildə Katolik Kilsəsinin 266-cı Papası seçilən Papa Fransiskin gəncliyində keçirdiyi infeksiyaya görə bir ağciyəri var.

Mikayıl
OXŞAR XƏBƏRLƏR