Xətai rayonunda 10 milyonuncu sakinə görə konsert keçiriləcək

Xətai rayonunda 10 milyonuncu sakinə görə konsert keçiriləcək
SOSİAL
11:56 07.04.2019
7236
Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

AZXEBER.COM xəbər verir ki, bu münasibətlə ölkənin müxtəlif bölgələrində keçiriləcək atəşfəşanlıq və konsertlərdən biri də Xətai rayonunda baş tutacaq.

Bu gün 21:00-da Xətai rayonundakı Heydər Əliyev parkında İctimai Televiziya Bakı şəhər və Xətai rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə konsert keçiriləcək.

Tədbirin sonunda atəşfəşanlıq olacaq.
OXŞAR XƏBƏRLƏR