Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə Ramiz Quliyev küçəsində qeydə alınıb.
Belə ki, 99-TV-194 dövlət qeydiyyat nişanlı "Chevrolet” markalı avtomobil 10-KA-717 dövlət qeydiyyat nişanlı "Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində ölən və yaralanan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.











































