Xətai rayonunun bir hissəsində su olmayacaq

Xətai rayonunun bir hissəsində su olmayacaq
SOSİAL
12:29 10.10.2020
696

Gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə, "Azərsu” ASC-dən məlumat verilib.

Belə ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar rayonun Lütfi-zadə (keçmiş Telnov), Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov, Nəsirəddin Tusi küçələrinə, həmçinin, Gəncə prospekti və Seyid Əzim Şirvani küçəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
OXŞAR XƏBƏRLƏR