Xətaidə evlərdən oğurluq edən şəxs saxlanılıb

Xətaidə evlərdən oğurluq edən şəxs saxlanılıb
SOSİAL
16:15 18.01.2026
470

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN-in Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR