Xətaidə inzibati bina yanıb

Xətaidə inzibati bina yanıb
SOSİAL
23:15 28.08.2018
4431
Bakı şəhərinin Xətai rayonunda inzibati bina yanıb.

AZXEBER.COM-un FHN-ə istinadən məlumatına görə, ümumi sahəsi 250 m² olan inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı binanın divarı yaxınlıqda yerləşən ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin damının üzərinə düşüb və nəticədə evin 1 otağının damı və tavanı zədələnib.

Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR