Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq
SOSİAL
10:55 04.03.2025
154
Bakının Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranıb.

AZXEBER.COM bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Xətai rayonu ərazisini içməli su ilə qidalandıran magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı aparılan işlər çərçivəsində rayonun bəzi ərazilərinə su verilməyəcək.

Qəzanın aradan qaldırılması işlərinin bu gün axşam saatlarında yekunlaşacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR