“Xəyal edilməyəni siz real etdiniz”

“Xəyal edilməyəni siz real etdiniz”
SİYASƏT
19:43 09.08.2025
386
Qürurluyam, cənab Prezident!

Dünyanın heç bir lideri bəlkə də bu günü xəyal belə etməmişdi, Siz real etdiniz! Sevgim, sayğım və etibarım zatən ilk gündən daim Siz idiz.  "İlham Əliyev Azərbaycandır!" artıq  aksiomdur! 

Sizin sayənizdə artıq tarixdə heç bir dəlilə, sübuta istinad etmədən biz böyük millət, əyilməz xalqıq deyəcəyik!

Utanmıram, başım dik, gözüm açıqdır!

Mən 1990-cı ildə 20 yanvar metrosu yaxınlarında həyat yoldaşı öldümü-qaldımı deyə küçə-küçə meyid axtaran ananın 8 yaşlı körpə azərbaycanlısı idim. 

Əri şəhid oldu deyə intahar edən Fərizə və İlhamın fotosunu böyüdüb, gənc qonşusunun ölümünə için-için ağlayan azərbaycanlı kişinin qızı idim. 

Anasının yeniyetmə qohumu 20 yanvar metrosunda törədilən terrorda yanıb, kül olan 12 yaşlı azərbaycanlı da mən oldum. Mən 1992-ci ildə Xocalı faciəsində xalqının qadınına, körpəsinə, qızına, atasına, oğluna, əsgərinə, qarşı törədilən cinayəti hər gün izləyən, o dəhşətli anları yana-yana böyüdükdən sonra reportaja çevirən, efirdə dünyaya çatdıran reportyor, aparıcı kimi də əzildim, əyildim. 

2020-ci ildə mayor Anar Novruzovun nəşini nəslimiz qarşılayanda beli bükülən qohum-əqrəbamın bir gecədə ağaran saçlarının şahidi də mən oldum. Bir sözlə, 8 yaşımdan 5 il öncəsinə qədər daim utandım, əzildim, incidim! 

Siz var olun, cənab Ali Baş Komandan, var olun ki, mən artıq utanmıram,  hətta bütün dünyaya bunu bağırıb car çəkəcək qədər qürurluyam! 

Amma heç vaxt tarixi, səbəbkarları, yaşadıqlarımızı unutmayacam ki, həmin tarix təkrarlanmasın!

Günel Gözəlova,

"Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin Sədri, tanınmış telejurnalist
OXŞAR XƏBƏRLƏR