“Xəyanət bəzən ailəni möhkəmləndirir” - Psixoloq

“Xəyanət bəzən ailəni möhkəmləndirir” - Psixoloq
SOSİAL
21:22 02.12.2018
4145
Aldatmaq və xəyanət, demək olar ki, insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktualdır. Həmçinin insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olub. Son dövrlərdə isə qadın xəyanətləri daha çox aktuallaşıb. Buna səbəb kimi isə qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal iştirak etməsi göstərilir. Həmçinin kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar səbəb gətirilir.

Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsa da, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi onlayn söhbət və ya emosional yaxınlıq belə, aldatma kimi qəbul edilə bilir.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, psixoloq, məsləhətçi Zeynəb Əyyubova Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, xəyanət əsrin ən böyük bəlalarından biridir. Xəyanət indiki dövrdə o qədər aktuallaşıb və gündəmə gəlib ki, artıq demək olar, hər evə siraət edib.

Psixoloq xəyanətin səbəblərinə də aydınlıq gətirib: "Nəzərə alsaq ki, xəyanət iki növ olur, fiziki və mənəvi xəyanət. Bu səbəbdən də qadın ilə kişi xəyanəti tamam başqa səbəblər ucbatından edir. Statistikaya görə, kişilər dəb halı aldığı və özlərini özgüvənli hiss etmək üçün xəyanət edir. Qadinlar isə qayğı, diqqət, sevgi əskikliyindən dolayı xəyanət edirlər".

Z.Əyyubova bildirir ki, xəyanəti hiss etməyin bir neçə yolu var: "Evdən kənarda daha çox vaxt keçirmək, həyat yoldaşınızın əvvəlki kimi olmaması, yeməyi, geyim tərzi, yuxu sisteminin dəyişilməsi və s. həyəcan siqnalı ola bilər. Cinsi münasibətdə dəyişiklik varsa, bu da aldatmanın əlaməti ola bilər. Həftə sonları iş gəzintiləri bəhanələri, tez-tez lazımsız yerə yalan danışması, telefonunu gizlətməsi ilə də xəyanəti hiss etmək olar".

Psixoloq xüsusilə vurğulayır ki, bütün bu əlamətlərin müşahidə edilməsi qarşı tərəfin xəyanət etdiyinə əminlik yaratmamalıdır. Çünki bütün ailələr individualdır və xüsusi yaşayış tərzi var.

"Aldadıldınız və pis oldunuz. Özünüzü çox aciz hiss etdiniz, incindiniz və çox böyük şok yaşadınız. Aldadıldıqdan sonrakı həyat budur. Statistikaya görə, ən çox boşanma hallarında səbəb xəyanət olaraq göstərilir. Lakin xəyanət boşanmağa vasitə olmur, sadəcə dolmuş bir qəlbin, bezmiş bir ruhun artıq bu ailədən ümidi qalmadığına təkan verir. Bütün problemlərlə dolu bir ailə, üstəlik xəyanət yükünü də qaldıra bilmir və adekvat cavab olaraq ailə dağılır" - deyə psixoloq qeyd edir.

O, vurğulayır ki, xəyanətə görə boşanmaq üçün iddia ərizəsi yazan xanımların əksəriyyəti xəyanətdən daha çox kişinin ona yaşatdıqlarından danışır. Ancaq görünən tərəf təkcə xəyanət olur.

Müsahibimiz, həmçinin bildirir ki, xəyanət bəzən ailəni möhkəmləndirir: "Xəyanət bəzən illərlə monotonlaşmış bir ailəyə vurulmuş şillə kimi olur. İllərin yorğunu olan ailələrə xəyanətdən sonra bəzən həyəcan, ehtiras, sevgi, diqqət qayıdır. İtirmə qorxusu yarandığından bir-birilərinə daha çox sahib çıxırlar. Bəzən əvəzolunmaz olduğunu hiss edən insan gözləmədiyi anda xəyanətlə üzləşir. Və bu silkələnmə nəticəsində qadın sanki yenidən özünə qayıdır. Qadın özünə baxır, diqqət göstərir, diyetə başlayır. İllərlə yaşamadığı və ya yaşatmadığı ehtiras hissini ailəyə qaytarır".

"Psixoloji terminlə desək, bəzən xəyanət bir çox problemləri korreksiya edir. Və sonda iki tərəf özlərinə uyğun səhvlərə görə peşman olurlar" - deyə Zeynəb Əyyubova əlavə edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək