"Xəyyam çətin günlərimdə məni axtarmadı" - Rəqsanədən etiraf

"Xəyyam çətin günlərimdə məni axtarmadı" - Rəqsanədən etiraf
MAQAZİN
10:31 05.12.2025
811
"Rusiyada dəfələrlə birlikdə toy aparsaq da, dost olsaq da, Xəyyam Nisanov məni heç axtarmadı".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri həbsdən azad olunan müğənni Rəqsanə İsmayılova deyib.
 
"Tarixin bir günü" verilişində qonaq olan sənətçi çətin günlərindən danışıb:
 
"Mən Xəyyam Nisanovla yaxın dost olmuşam. Rusiyada dəfələrlə məclislər aparmışıq. Amma mənim bu çətin zamanlarımda Xəyyam məni bir dəfə də olsa  axtarmadı. Bir gün onu yuxuda gördüm. Əlində Bibliya kitabı var idi, dayanmadan oxuyurdu. Yuxudan ağlayaraq oyandım. Bir neçə gün sonra təsadüfən mənə orada Bibliya kitabı verdilər və mən onu oxuyub, bitirdim. Düşündüm ki, mənimlə maraqlanmasa da Xəyyam demək ki, mənim üçün dua edib. Buna görə ona təşəkkür edirəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR