"Xəzər" "Bakı"nı darmadağın etdi, "Neftçi" liderliyə qayıtdı

İDMAN
22:28 21.12.2011
1934
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2011-ci ilə yekun vurulub. “Qəbələ”nin “Qarabağ”la heç-heçə etdiyi turda “Xəzər-Lənkəran” evdə “Bakı”nı 3:0 hesablı məğlubiyyətə uğradıb. Paytaxtda baş tutan “Neftçi” - “Kəpəz” oyununda isə qış çempionu müəyyənləşib. Qarşılaşma gözlənildiyi kimi flaqmanın üstünlüyü şəraitində başlayıb. Oyuna hücumlarla başlayan ev sahibləri artıq 19-cu dəqiqədə hesabı açıb. Görüşün baş hakimi Anar Salmanov “Kəpəz”in qapıçısı Kənan Bayramovun Bahodir Nasimovu cərimə meydançasında yıxdığına görə 11 metrlik cərimə zərbəsi təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Flavinyo dəqiq zərbə ilə hesabı açıb: 1-0. Vurulan qoldan ruhlanan ev sahibləri 43-cü dəqiqədə növbəti dəfə fərqlənib. Ev sahiblərinin heyətində oyunun ən yaxşılarından olan Bahodir Nasimov təkrar zərbə ilə hesab arasındakı fərqi ikiyə yüksəldib: 2-0. Bu həmdə ilk hissədə vurulan son qol olub. İkinci hissədə demək olar ki, ilk hissənin təkrarı olub. Oyuna nəzarəti ələ alan “Neftçi” ard-arda hücumlar edir, “Kəpəz” isə daha çox müdafiəyə diqqət ayırırdı. Buna baxmayaraq, qonaqlar da ara-sıra “Neftçi”nin qapıçısını narahat edirdi. Belə vəziyyətlərin birində Saşa Stamenkoviç komandasını real qoldan xilas edib. O, “Kəpəz”in futbolçusunun uzaqdan zərbəsini küncə çıxarıb. Bu həm də oyunda son təhlükəli vəziyyət olub.

OXŞAR XƏBƏRLƏR