AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, ekoloq Rövşən Abbasov deyir ki, 1995-ci ildən 2026-cı ilə qədər qısa istisnalar olmaqla dənizin səviyyəsində azalmalar qeydə alınıb və bu proses bu gün də davam edir.
Ekpsertin sözlərinə görə, Azərbaycanda elə ərazilər var ki, orada Xəzər dənizi kilometrlərlə geriyə çəkilib. Bunlar gələcəkdə digər kompleks problemlər yaradacaq.
Geriçəkilmə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün liman infrastrukturu, balıqçılıq, ekosistem, su ehtiyatları və sahilyanı yaşayış məntəqələri baxımından ciddi sosial-iqtisadi və ekoloji problemlər yarada bilər.











































