"Xəzər dənizini onlar yaratmayıblar ki, onlar da qurutsunlar" - VİDEO

"Xəzər dənizini onlar yaratmayıblar ki, onlar da qurutsunlar" - VİDEO
SOSİAL
15:27 15.11.2021
509
Son günlər Xəzər dənizində suyun azalması müşahidə olunur. Bulvar ərazisində çəkilən görüntülərdə dənizin torpaq hissəsinin də üzə çıxması görünür.
 
Hətta videonu lentə alan blogger Cavid Zeynalov bildirib ki, bu, qlobal istiləşmə səbəbindən Xəzər dənizinin suyunun getdikcə qurumasıdır.

Tanınmış ekoloq alim Telman Zeynalov AZXEBER.COM-a açıqlamasında məsələyə aydınlıq gətirib. Ekoloqun sözlərinə görə, dəniz suyunun azalması normal təbii prosesdir:

"Bu, normal haldır. Xəzər dənizi həm çəkilir, həm də qalxır, yəni qabarma da, çəkilmə də var. İndi alimlər bunu öyrənməlidilər ki, çəkilmə hansı aya düşür, qabarma hansı aya düşür. Bunu öyrənib açıqlamalıdılar, camaatı sakitləşdirməlidirlər. Almanlar, ingilislər yalandan məlumatlar yayıb ki, Xəzər dənizi quruyur. Xəzər dənizini onlar yaratmayıblar ki, onlar da qurutsunlar. İndiyədək Xəzər dənizinin qabarması da, çəkilməsini də müşahidə etmişik. Bu da normal təbii prosesdir”.

Qeyd edək ki, qabarma və çəkilmə bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmalarıdır. Ən çox bilinəni isə ay və günəşin görəli mövqelərindəki dəyişmələrin təsiriylə yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR