Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapıldı

Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapıldı
SOSİAL
14:54 06.05.2021
462
Xəzər dənizi sahilində, Mahaçqala şəhəri yaxınlığında 150-dən çox nadir suiti ölüsü aşkar edilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, ölü heyvanlar son iki gün ərzində müşahidə edilib.

Mütəxəssislər ölü suiti sayının 200-ə çata biləcəyini ehtimal edirlər. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb.
OXŞAR XƏBƏRLƏR