'Xəzər Lənkəran' 4 futbolçunu komandadan qovdu

İDMAN
12:40 26.07.2013
1596

“Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sinə 0:8 hesablı məğlubiyyətdən sonra heyətlə bağlı islahatlara başlayır. Apasport.az saytının məlumatına görə, lənkəranlılar 2 futbolçunu sıralarından kənarlaşdırıb. Bundan başqa daha 2 oyunçunun bu siyahıya əlavə olunacağı gözlənilir. Belə ki, uelsli baş məşqçi Con Toşak köməkçilərini başına yığaraq, onlarla müəyyən məsələləri müzakirə edir. Bundan sonra konkret futbolçularla bağlı qərar verilməyi nəzərdə tutulmuşdu. Rəhbərlik Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib. Komandamızın bir həftə öncə səfər meydanında 0:2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlərimizin qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub. Bunu əsas götürən “Xəzər Lənkəran” bu gün 3 futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb. Göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat verilməsə də onlardan ikisinin kimliyi böyük ölçüdə bəllidir. Bunlar yarımmüdafiəçilər xorvatiyalı Marin Orsuliç və rumıniyalı Adrian Pitdir. Hazırda Lənkəranda olan komanda az sonra Bakıya yola düşəcək və çempionatımızın ilk turunda “Sumqayıt”la səfər matçına orda hazırlaşacaq. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
12:14 24.09.2025
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
11:53 24.09.2025
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
11:46 24.09.2025
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
11:44 24.09.2025
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
11:43 24.09.2025
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
11:33 24.09.2025
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
11:30 24.09.2025
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
Kreml Trampa cavab verib: Rusiya ayıdır
11:25 24.09.2025
Kreml Trampa cavab verib: Rusiya ayıdır
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
10:59 24.09.2025
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
10:41 24.09.2025
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
10:40 24.09.2025
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
10:37 24.09.2025
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
"Aparıcılar sənətə aidiyyatı olmayan adamları sənətkar kimi təqdim edirlər" - Rəşad Kəsəmənli
10:22 24.09.2025
"Aparıcılar sənətə aidiyyatı olmayan adamları sənətkar kimi təqdim edirlər" - Rəşad Kəsəmənli
Müəllimlər Günü ilə bağlı - Xəbərdarlıq
10:21 24.09.2025
Müəllimlər Günü ilə bağlı - Xəbərdarlıq
Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ
09:54 24.09.2025
Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ
Bakıda yaşayış binasındakı YANĞIN məhdudlaşdırıldı
09:39 24.09.2025
Bakıda yaşayış binasındakı YANĞIN məhdudlaşdırıldı