"Xəzər Lənkəran" "ağ bayraq" qaldırdı: Sanksiya qapıdadı

İDMAN
16:24 21.01.2016
1832
"Xəzər Lənkəran"ın başı üzərindən qara buludlar çəkilmək bilmir. Ötən yayda FİFA tərəfindən transferlərinə qadağa qoyulan cənub klubunun yeni sanksiyayla üzləşə biləcəyi barədə məlumat vermişdik. Belə ki, dünyanın ali futbol qurumu sabiq legionerləri Qalin İvanov, Eder Bonfim və Renato Moreyraya olan borclarını yanvarın 22-nə kimi ödəməyəcəyi halda, "ağ-yaşıllar"ı yenidən cəzalandıracaq.
FİFA-nın cənub təmsilçisinə təyin etdiyi vaxt sabah başa çatacaq. Ancaq buna baxmayaraq, Lənkəran klubu futbolçulara olan borcu hələ də ödəməyib. "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Komanda.az-a açıqlamasında borcların ödənilməsiylə bağlı heç bir irəliləyişin olmadığını dedi:
"Bu məsələylə bağlı heç bir irəliləyiş yoxdu. FİFA-nın kluba təyin etdiyi vaxt sabah bitəcək. Klubun bu üç futbolçuya təxminən 500 min dollardan çox borcu var. Çox güman ki, FİFA yenə kluba bəzi sanksiyalar tətbiq edəcək".
Cəbrayıloğlu klubun PFL-ə olan borcundan da danışıb:
"PFL-ə olan borcumuz elə də çox deyil. Bu məsələ çox güman ki, yaxın günlərdə müsbət həllini tapacaq".
OXŞAR XƏBƏRLƏR