'Xəzər Lənkəran' fanatları 'Qarabağ'ı Avropada dəstəkləməkdən imtina etdi

İDMAN
16:26 30.07.2013
1746

Avrokuboklarda mübarizəni davam etdirən yeganə klubumuz "Qarabağ"dı . "Neftçi", "Xəzər Lənkəran" və "İnter" isə II təsnifatda artıq "stop" dedi. Bəs görəsən sözügedən klubların fanatları Ağdam təmsilçisinə "Hefle" ilə oyunda dəstək olacaqlarmı? 

Korner.az bir neçə fan klub və azad azarkeş qrupları arasında sorğu edib.

Rəvan Bəşirov ("Fırtına" fan klubu):"Oyuna baxmaqa gedəcəyik, hər kəs kimi dəsətək olacağıq. Ancaq fan-klub kimi getməyəcəyik. Bizim belə oyunlara hazırlığımız çox vəsait tələb edir. Onu fan-kluba xərcləyəcəyik. Yeni mövsümdən bilmək olmaz "Fırtına" nələr edər".

Əmrəli Hüseynli ("Green Gate 2" azad azarkeş qrupu): "Biz "Xəzər Lənkəran"dan başqa heç bir fan-kluba dəstək olmarıq".

"Caspian Ultras" fan klubundan isə sabah bu haqda qərar veriləcəyi bildirildi. Adil Məmmədov ("Xəmsə" fan klubu): "Biz mütləq "Qarabağ"a dəstək olacağıq. Təxminən 40-50 azarkeş qrupu ilə oyuna gedəcəyik. Uşaqların çoxu tətildədilər, ona görə bu dəfə say az olacaq".

OXŞAR XƏBƏRLƏR