"Xəzər Lənkəran" klubu bu gün Bakıya gəlib.
AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Premyer Liqanın V turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlaşacaq.
"Xəzər Lənkəran" məşqlərini səhər saat 11:00-da Respublika Dövlət Yol Polisinin stadionunda keçirib. Millinin heyətində olan futbolçular da komandaya burada qoşulacaqlar.Sabah axşam isə komanda tam heyətlə veteran futbolçu Alim Qurbanovun toy məclisində iştirak edəcək.