‘Xəzər Lənkəran’da istefa

İDMAN
12:30 30.05.2013
1264

Klubunun idman direktoru Babək Quliyev istefa ərizəsi yazıb.

“Xəzər Lənkəran” futbol klubunun idman direktoru Babək Quliyev istefa verib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun ANS PRESS-ə verdiyi məlumata görə, idman direktoru istefa ərizəsi ilə kluba müraciət edib. Lakin hələ ərizə qəbul edilməyib. Müraciətdə istefanın səbəbi açıqlanmır. H. Cəbrayıloğlunun sözlərinə görə, buna “Xəzər Lənkəran”-“Neftçi” oyununda qarşırurmanın da təsiri ola bilər. Mətbuat xidmətinin rəhbəri həmçinin onu da bildirdi ki, istefa ərizəsinə baxılacaq. Xatırladaq ki, dünən “Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarov da istefa vermişdi.

OXŞAR XƏBƏRLƏR