Polisin müdaxiləsiylə azarkeşlər sakitləşdirilib
"Xəzər Lənkəran" azarkeşləri klubun vitse-prezidenti Tuyqun Nadirova da hücum etmək istəyiblər. Lənkəranda baş tutan qarşılaşmadan sonra əsəbiləşən ağ-yaşıl fanatlar təkcə "Neftçi"ə deyil, eyni zamanda "Xəzər Lənkəran" rəhbərliyini də qəzəbləniblər. Belə ki, bir qrup fanat "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirova hücum etməyə çalışıb. Polisin müdaxiləsiylə azarkeşlər sakitləşdirilib. (azerisport)