‘Xəzər-Lənkəran’ın futbolçusu azarkeşlərə orta barmağını göstərdi - FOTO

İDMAN
15:14 30.03.2014
1638

Dünən keçirilən “Neftçi”- “Xəzər Lənkəran” matçında bir sıra maraqlı hadisələr yaşanıb.

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı “Neftçi” azarkeşlərinə hər iki əlinin orta barmağını göstərib. Azarkeşlərin gənc qapıçıya olan təzyiqi xoşagəlməz görüntü ilə nəticələnib.

Qeyd edək ki, oyun “Neftçi”nin 1-0 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, milli çempionatımıza azarkeşlərə orta barmaq göstərmək “dəb”i Lənkəranda keçirilən “Xəzər Lənkəran”- “Neftçi” matçında paytaxt təmsilçisinin futbolçusu Mahir Şükürov tərəfindən gətirilib. Mahir Şükürov Lənkəranda keçirilən matçda azarkeşlərin onun ünvanına söylədikləri təhqirlərə orta barmağı ilə qarşılıq verib.

Oyundan sonra etdiyi hərəkətə görə açıqlama verən qapıçı Orxan Sadıqlı bütün bunlaın təxribat olduğunu dilə gətirib və fikrini belə əsaslandırıb: "Başa düşə bilmirəm, mən onlara nə etmişəm. Elə bil, mən azərbaycanlı deyiləm, oyun boyu durmadan məni təhqir edirlər, ya da Azərbaycanda yox, Ermənistanda oynayırıq. Həmin insanlar öyrədilmiş insanlardı. Onlara sözüm özlərinə və onları öyrədənlərə hörmət etsinlər. Bilmirəm nə deyim ? Düzgün hərəkət etməmişəm, həmin an hirslərimi cilovlaya bilmədim, amma inanın ki. mənim yerimdə kim olsaydı, eyni hərəkətə və bundan da artıq hərəkət göstərərdilər. Meydanda mübarizə aparan yerli futbolçular hamısı Azərbaycan üçün oynayır. Bəzi fanatlar düşünmür ki, hamının ailəsi, tanışları var. Bu təhqirləri yığışdırmaq lazımdır. Sabah bu təhqirləri görüb kim oyunlara gələr ki? Futbolun sonu üçün yox, inkişafı üçün nələrsə etmək lazımdır. Həmin fanatları niyə ilk hissədən sonra meydandan çıxartdılar, çünki öyrədilmiş insanlardı, təxribat etməyə çalışırlar". Sportal.az

OXŞAR XƏBƏRLƏR