Bu vəzifəyə Şirvan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov təyinat alıb
Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə bu vəzifəyə Şirvan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov təyinat alıb. DİN-in mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin rəisi Faiq Şabanov Gəncə Şəhər Bas Polis İdarəsinin rəisi təyin olunub.