Bakıda narkokuryer saxlanıldı: 33 kiloqrama yaxın narkotik ələ keçirildi

Bakıda narkokuryer saxlanıldı: 33 kiloqrama yaxın narkotik ələ keçirildi
KRİMİNAL
16:44 10.09.2026
34
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
AZXEBER.COM xəbər verir ki tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
 
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR