BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

"İnşallah, yaxın zamanda Xəzər Tv-də yeni layihəmlə sizlərin qarşısında olacam" - Tolik

TOP4
16:44 07.03.2020
3285
Prodüser Tarix Əliyev "Xəzər Tv" də yayımını dayandıran verilişi ilə bağlı açıqlama verib. 
 
AZXEBER.COM xəbər verir ki, tanınmış prodüser açıqlamasında kanalın yeni direktoru Murad Dadaşovla yaxın münasibətlərinin olduğunu və "Hər şey daxil" layihəsinin bağlanmasının heç bir xüsusi səbəbi olmadığını bildirib. O, Murad Dadaşovun istəsə onu kanaldan uzaqlaşdıra biləcəyini, ancaq bunun əksinə yeni layihə ilə yenidən efirə qaydacağını əlavə edib:
 
"Əziz dostlar bu açıqlamanı verməklə 2 gündür medianı zəbt edən məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Xərət Tv- də 3 ilə yaxındır "Hər şey daxil" layihəsinin həm rəhbəri, həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də, sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır. Gərək göz yorulmasın. Xəzər Tv -yə yeni gələn rəhbərim Murad Dadaşov məni bu gün deyil, dünən deyil, 10 ildir tanıyır. Və mən məhz onun sayəsində 3 dəfə ölkənin ən reytinqli realiti-şousu olan "Maşın" şounun iştirakçısı olmuşam. M. Dadaşovun əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki, qaldı "Hər şey daxil"in bağlanmasına... Bu son deyil. İnşallah, yaxın zamanda Xəzər Tv-də yeni layihəmlə sizlərin qarşısında olacam. Murad Dadaşov istəsəydi məni kanaldan uzaqlaşdıra bilərdi. Amma o, potensialımı yüksək qiymətləndirərək mənə etibar göstərir. Təşəkkür edirəm. Sonda deyim ki, məni dəstəkləyən də, dəstəkləməyən də sağ olsun. Hər kəsə uğurlar . P.S şəkil 2013 ci ildə cəkilib."
 
Qeyd edək ki, "Hər şey daxil" verilişində şou-biznes nümayəndələri arasında baş verən qalmaqaldan sonra kanalın yeni direktoru Murad Dadaşov verilişi yayımdan qaldırıb. 
 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:54 29.03.2020

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

00:52 29.03.2020

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

00:51 29.03.2020

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

00:49 29.03.2020

Rüştü Rəcbər də koronavirusa yoluxdu

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO