Xəzərdə 1 nəfər batıb - axtarış aparılır

Xəzərdə 1 nəfər batıb - axtarış aparılır
SOSİAL
10:51 16.06.2018
10547
Xəzər dənizində bir nəfər batıb.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR