Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə AZXEBER.COM-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla 22:46-da qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.