Xəzərdə 40 yaşlı kişi batdı

KRİMİNAL
18:11 20.06.2020
752

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun dənizdə nəzarətsiz ərazidə batması barədə məlumat daxil olub.

 

FHN-in saytında yer alan xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y. Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR