Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.