Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub
SOSİAL
02:09 22.08.2023
145
Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Qızılqum" sularda xilasetmə məntəqəsinin ərazisində və "Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
OXŞAR XƏBƏRLƏR