Gündüz saatlarında Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Belə ki, FHN-dən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Əməliyyat saat 14:35-də başa çatıb.