Xəzərdə çəlləklərə bərkidilmiş kisədə narkotik aşkarlandı

KRİMİNAL
15:21 05.01.2023
743
Yanvarın 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Aşkar edilən kisəyə baxış zamanı 2 kiloqram 70 qram narkotik vasitə (1 kiloqam 990 qram "marixuana” və 80 qram "həşiş”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR