Xəzərdə həyəcan - Yüzlərlə işçi təxliyə edildi

SOSİAL
15:58 02.12.2019
3077
Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

AZXEBER.COM xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

Hava şəraiti normallaşandan sonra şirkət əməkdaşları iş yerlərinə qaytarılacaq.

OXŞAR XƏBƏRLƏR